SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 38% artıb

4-04-2019, 12:42

“Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 89,427 mln. manat təşkil edib.

NAXCİVANXEBERELERİ.COM şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 60,3% çoxdur.

2018-ci ildə “Atəşgah Həyat Sığorta”nın cəmi öhdəlikləri 74,4% artaraq 70,568 mln. manata çatıb, cəmi kapitalı isə 23% azalaraq 18,86 mln. manata düşüb.

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 31,619 mln. manat (əvvəlki ilə nisbətən 55,85% az), xərcləri isə 23,364 mln. manat (64,4% az), mənfəət vergisi ödəmələri isə 1,651 mln. manat (37,8% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 6,604 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 37,8% çoxdur.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031