SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
5-03-2021, 11:50

Azərbaycan və Çexiyanın turizm sənayesini təmsil edən 40 şirkət arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüş Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” (AZAL), Azərbaycanın Çex Respublikasındakı Səfirliyi, Çex Respublikasının Azərbaycandakı Səfirliyi, Çex Respublikasının ticarət ofisinin Bakıdakı nümayəndəliyi, Çexiyanın Regional İnkişaf Nazirliyinin təmsilçilərinin və iki ölkənin biznes və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə təşkil edilib.

Onlayn tədbir müddətində iki ölkə arasında turizm və qonaqpərvərlik əlaqələrinin təbliğatı, eləcə də bu sahədə ölkələrarası əməkdaşlığın təşviqi müzakirə edilib.

İştirakçılara Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr, turizm sektorunda hazırkı vəziyyət, turizm məhsulları, cari layihələr və görüləcək işlər haqda məlumat verilib.

Hər iki ölkə nümayəndələri qarşılıqlı və aktiv tərəfdaşlıq üçün yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930