SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı
4-03-2021, 16:08

Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.

Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.

COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930