SON DƏQİQƏ

naxcivanxeberleri.com

İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir

İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
3-03-2021, 22:54

Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir.

Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, məhsulların ixracının genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2021-ci ilin yanvar ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 31 milyon 918 min 100 ABŞ dolları təşkil edib. İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 166 min ABŞ dolları təşkil etmiş, 16 milyon 413 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bu gün muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri daha da genişləndirib, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradıb. Bu ilin yanvar-fevral aylarında 3-ü onlayn formatda olmaqla, ümumilikdə, 5 beynəlxalq əhəmiyyətli tədbirdə 13 sahibkarlıq subyektinin 15 nümayəndəsinin iştirakı təmin edilmişdir.
İxrac təşviqi mexanizmi iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması ixracatçılara məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaratmışdır. 2017-2020-ci illərdə ixrac təşviqi mexanizmindən yararlanan 3 sahibkarlıq subyekti öz məhsullarını 12-dən artıq ölkəyə ixrac edib. Bu da onu deməyə əsas verir ki, Naxçıvanda yüksəkkeyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır.
Həmçinin qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur. Cari ilin yanvar-fevral aylarında vafli, peçenye, fıstıq, filtrli siqaret, araq, travertin, polipropilen kopolimer (fitinq) məhsullarının Gürcüstan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirliyi, İran İslam Respublikası, Türkiyə, Ukrayna kimi ölkələrə ixrac olunması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 halda mənşə sertifikatı verilmişdir.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi və “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. Bu tədbirlər qarşıya qoyulan vəzifələrin tam icrasını təmin etmək məqsədilə 2021-ci ildə də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930