SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır

Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır
1-03-2021, 10:34

Neftin qiyməti bazar ertəsi səhər saatlarında ABŞ-da stimullaşdırıcı paketin qəbul edilməyə doğru irəliləməsi xəbəri səbəbi ilə təqribən 1,5% artıb.

NAXCİVANXEBERLERİ.COM “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:43-ə olan duruma görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1,49% artaraq bir barel üçün 65,38 ABŞ dollarına çatıb. WTI markalı neftin aprel fyuçerlərinin dəyəri isə 1,48% artaraq 62,41 dollar/barelə çatıb.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı ilə bağlı nikbinlik bazarın əhval-ruhiyyəsinə müsbət təsir göstərib. Belə ki, ABŞ Nümayəndələr Palatası 1,9 trilyon ABŞ dolları dəyərində stimullaşdırıcı paketi təsdiqləyib. İndi layihə Senat tərəfindən qəbul edilməli və Prezident Cozef Bayden tərəfindən imzalanmalıdır.

Koronavirus ətrafındakı vəziyyət də peyvəndləmə fonunda yaxşılaşmağa başlayıb. O cümlədən ABŞ-ın tibbi tənzimləyicisi olan FDA-nın “Johnson & Johnson”un COVID-19 peyvəndini “təcili” istifadə üçün təsdiqləməsi xəbəri də bazara müsbət təsir göstərib.

Bu həftə neft bazarı üçün əsas hadisə OPEC+ görüşü olacaq. Sövdələşmə iştiralçıları hasilatda məhdudiyyətlərinin yüngülləşdirilməsi perspektivlərini qiymətləndirirlər.

“OPEC+ toplantısı çox vacibdir. OPEC+ ölkələrinin istehsalında kiçik artım olması halında bazar asanlıqla müsbət olaraq qala bilər. Böyük artım isə qısamüddətli perspektivləri pisləşdirə bilər”, - “CMC Markets”in baş strateqi Maykl Makkarti “Bloomberg”ə bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930