SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərə başlayır

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərə başlayır
3-02-2021, 17:08

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

NAXCİVANXEBERLERİ.COM bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi 

www.azal.az saytında almaq mümkündür.

Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: 

https://www.azal.az/az/information/covid-russia ;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: 

https://www.azal.az/az/information/covid-clinics;

Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: 

https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: 

https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL-ın tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: 

https://youtu.be/-s-0s4o1L2M

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031