SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çindən Azərbaycana bu ilin ilk blok qatarı hərəkət etməyə başlayıb

Çindən Azərbaycana bu ilin ilk blok qatarı hərəkət etməyə başlayıb
1-02-2021, 10:19

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumatda deyilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zənciringöndə yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, “ADY Konteyner” Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub. 40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlərdən 15 -i Tbilisiyə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express” (Qazaxıstan), “ADY Konteyner” və “GR Logistics and Terminals"ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

2021-ci ilin sonunadək “ADY Konteyner” tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31