SON DƏQİQƏ

naxcivanxeberleri.com

Apreldə sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək

Apreldə sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək
29-03-2019, 18:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyatı üzrə təqdim edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bunu nazir Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, yaxın günlərdə müvafiq sənədlər imzalanacaq. Aprelin 1-dən artımlar tətbiq olunmaqla, yeni təqaüd növləri də təsis olunacaq. Eyni zamanda, artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək, yeni təqaüd növlərinin də ödənişi gələn aydan təmin ediləcək.

S.Babayev Sərəncamın ən həssas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə etdiyini deyib. O, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacağını bildirib.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031