SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir

Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir
29-03-2019, 16:30

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Məlumata görə, 10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistandan olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir.

Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.

Sərgi 8 ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayaraq turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.

Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanında ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bundan öncə isə ölkəmiz Yaxın Şərq regionunda Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması məqsədilə 25-27 martda BƏƏ-nin Əbu-Dabi şəhərində 13-cü “IBTM Arabia”da təmsil olunub. Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.


Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir
Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir
Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031