15:45 - Niderland səfiri Azərbaycan qadınlarını təbrik edib
15:25 - ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb
15:15 - Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
15:00 - TÜRK ƏXLAQININ TƏNTƏNƏSİ: NİZAMİNİN QADINI
14:41 - Marsdan yeni fotolar yayımlanıb
14:30 - BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
14:22 - “Azərbaycanla tək ürək olmağa davam edəcəyik” - Hulusi Akar
14:11 - Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"
14:00 - Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
13:30 - “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
13:14 - DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO
12:52 - Zəngilanın Qaragöz kəndi - VİDEO
12:38 - Sabahın hava proqnozu açıqlanıb
12:25 - Rusiyada yoluxanların sayı 4 milyon 333 mini ötdü
12:13 - “La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
“Sabahın tədqiqatçıları” layihəsi öz missiyasını uğurla yerinə yetirir
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları yeni uğura imza atıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və “Fiziki tədqiqatlar” laboratoriyasının böyük elmi işçisi Nazilə Mahmudovanın rəhbərliyi ilə gənc tədqiqatçılar Rusiyada keçirilən “Məktəblilərin və tələbələrin “Mənim elmə addımım” Ümumrusiya distant konfransı”nda iştirak ediblər.
Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədova, 8 saylı orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın “Naxçıvan Muxtar Respublikasının yeraltı su ehtiyatları” adlı məqaləsi və həmin məktəbin X sinif şagirdi Tuncay Təhməzli ilə dissertant Leyla İbrahimovanın “Mis bismut sulfidin alınması və onun elektrik keçiriciliyinin təyini” adlı məqalələri diyarşünaslıq, ekologiya, kimya və fizika bölmələrini əhatə edən konfransın 2 cildlik toplusunda dərc olunub. Əldə edilən elmi yeniliklərə görə hər iki məqalə sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, ötən il də böyük uğurlara imza atan “Sabahın tədqiqatçıları” layihəsinin məqsədi Naxçıvan məktəblilərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli istedadlı şagirdlərin aşkar edilməsi və gələcək elmi potensiallı kadrların yetişdirilməsidir. Naxçıvan Bölməsi əməkdaşlarının gərgin əməyi və gənclərin zəhməti sayəsində bu missiya uğurla yerinə yetirilir.