SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan ötən il Gürcüstanın neft bitumuna olan tələbatının 64%-ni ödəyib

Azərbaycan ötən il Gürcüstanın neft bitumuna olan tələbatının 64%-ni ödəyib
22-01-2021, 13:12

2020-ci ildə Gürcüstan 128,7 min ton neft bitumu idxal edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 41,3 min ton və yaxud 24,3% azdır.

İdxalın 82,1 min tonu və yaxud 63,8%-i Azərbaycanın payına düşüb. Hesabat ilində Azərbaycan qonşu ölkənin əsas neft bitumu tədarükçüsü olub.

Ötən il Gürcüstanın Azərbaycandan sonra əsas neft bitumu idxalçıları İraq (26,6 min ton), İran (9,1 min ton), Rusiya (7,2 min ton), Türkiyə (2,4 min ton) və digər ölkələr olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031