00:02 - BÜRCLƏR-06 mart
23:44 - ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
23:16 - Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
23:00 - Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
22:14 - YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
22:06 - Naxçıvanda qadınlar daim qayğı əhatəsindədirlər
22:00 - Təcrübəçi tələbələr innovativ dərnəklərlə tanış olublar-FOTO
21:23 - Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb
21:20 - Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
21:10 - İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
20:43 - İlham Əliyev: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"
20:28 - “Brent” markalı neft ötən ilin yanvar səviyyəsinə qalxdı
Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.
Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: “2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.
"Anglo-Asian Mining Plc." şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.
Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.