SON DƏQİQƏ

naxcivanxeberleri.com

“PAŞA Sığorta”nın xalis mənfəəti 71% artıb

“PAŞA Sığorta”nın xalis mənfəəti 71% artıb
29-03-2019, 09:07

“PAŞA Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 174,825 mln. manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,2% çoxdur.

2018-ci ildə “PAŞA Sığorta”nın cəmi öhdəlikləri 14,9% artaraq 99,828 mln. manata, cəmi kapitalı isə 13,4% artaraq 74,997 mln. manata çatıb.

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 134,365 mln. manat (əvvəlki ilə nisbətən 20,3% çox), xərcləri 106,015 mln. manat (11,4% çox), mənfəət vergisi ödəmələri isə 5,934 mln. manat (74,5% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 22,416 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 71,2% çoxdur.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031