20:47 - Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
19:56 - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
18:26 - İsmayıl Hacıyev alim və ictimai xadim kimi-FOTO
18:16 - Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
17:50 - Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı
17:30 - Təhsil Nazirliyində ilin yekunları müzakirə olunub-FOTO
17:21 - Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
17:10 - İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
16:55 - Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Muxtar respublikada cari ilin ilk ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb
Pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, pensiyaların ödənilməsi sahəsində tədbiq olunan üsullar pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə 2021-ci ilin ilk ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə eyni zamanda, istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər.
Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər isə hal-hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da bütün səylərini pensiya təyinatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, pensiyaların vaxtında ödənilməsi ilə bağlı verilmiş tapşırıqların icrasına yönəltməklə, muxtar respublikada sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verəcəkdir.