23:29 - Culfa rayon mərhələsinin qalibi bəlli olub-FOTO
22:46 - Buraxılış imtahanlarının nəticələri açıqlanıb
22:33 - İdmançımız dünya çempionatında iştirak edir-FOTO
22:08 - Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir
21:58 - Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir
21:37 - Dövlət Gömrük Komitəsinin sədri “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə tanış olub-FOTO
21:15 - Prezident: "Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik"
21:05 - Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub-FOTO
21:03 - Zəngilanda İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub-FOTO
20:38 - Türkiyə aviasiyası İraqda 14 terrorçunu zərərsizləşdirib
20:04 - Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib
20:01 - Kuba Prezidenti İlham Əliyevi təbrik edib
19:43 - Sosial xidmət göstərilən ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub-FOTO
Avropa qaz bazarında 10 faiz bahalaşma baş verib
Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.
Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.
Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.
Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.
Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.