SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan qaz hasilatını xeyli artıracaq

Azərbaycan qaz hasilatını xeyli artıracaq
23-03-2019, 09:25

Azərbaycan qaz hasilatı həcmini 2025-ci ilədək 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır.

NAXCİVANXEBERELERİ.COM-un məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ötən il ölkədə 30,49 milyard kubmetr qaz hasil olunub. Bu il hasilatın 20 faiz artırılması planlaşdırılır:
"2023-cü ildə ölkədə qaz hasilatı 38 milyard kubmetr təşkil etməlidir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı, gözlənildiyi kimi, 2021-ci ilə 17 milyard kubmetr olacaq".

Onun sözlərinə görə, bununla belə, bu proqnozlar yüksələ bilər, çünki bir sıra layihələr, məsələn, "Şəfəq-Asiman" hazırda kəşfiyyat mərhələsindədir.(Trend)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930