SON DƏQİQƏ

naxcivanxeberleri.com

OPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu yenilədi

OPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu yenilədi
15-12-2020, 11:45

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada orta hesabla dəyişməz qalaraq 700 min barel təşkil edib.

NAXCİVANXEBERLERİ.COM OPEC-in dekabr ayı üzrə hesabatına istinadən bildirir ki, Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacağı proqnozlaşdırılır.

2021-ci ildə isə maye karbohidrogen hasilatı 10 min barel artaraq 740 min barel təşkil edəcəyi gözlənilir.

Bu ilin II rübündə Azərbaycan maye karbohidrogen hasilatını I rüblə müqayisədə 60 min barel azaldaraq 730 min barelə, III rübündə isə daha 40 min barel azaldaraq 690 min barelə endirib. Bu ilin IV rübündə isə 10 min barel artaraq 700 min barelə çatdırılacağı proqnozlaşdırılır.

Xam neftin hasilatı avqust-noyabr aylarında sutkada orta hesabla 590 min barel təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031