17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
14:46 - Moskva hava limanlarında onlarla reys təxirə salınıb
14:22 - Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib
14:08 - MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
13:57 - Füzuli rayonunun Mirzəcamallı kəndi -VİDEO
13:44 - Donald Trampın sosial şəbəkə səhifələri açıldı
13:26 - Sabahın hava proqnozu açıqlanıb
Muxtar respubilkada sakinlərə dayanıqlı rabitə və internet xidməti göstərilir
Babək Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvirabitə və internet xidməti göstərilib, yeni texnologiyaların tətbiqi, inkişafı istiqamətində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətinin göstərilməsinə diqqətin artırılması, malmaterial ehtiyatının yaradılması barədə tapşırıqlar verilib.Verilmiştapşırıqların icrası ilə bağlı Nazirlik tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, tədbirlər planı hazırlanaraq təsdiq olunub, tabeli qurumların bu sahədə fəaliyyəti müəyyənləşdirilib.
Bu dövrdə Babək Rayon Rabitə İdarəsi tərəfindən əhaliyə kəsintisiz rabitə və internet xidmətinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması başa çatdırılıb, rabitə mütəxəssisləri mövsümə uyğun geyimlə təmin olunub. Onların zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bundan başqa, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən, generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Həmçinin, yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, müəyyən edilmiş müxtəlif tutumlu yararsız kabel və dayaqlar yeniləri ilə əvəz olunur. Avtomat Telefon Stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılır. Həmçinin, qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün onların müvafiq peşə kurslarında iştirakı təmin edilib, peşə kursu keçmiş və sertifikat almış ocaqçılar işlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısısayəsində oktyabr ayında Babək rayonunun Nəcəfəlidizə kəndində yeni Rabitə Evi istifadəyə verilib, 32 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb.
Ötən dövr ərzində muxtar respublikada fiber-optik xətlərin çəkilməsi də diqqətdə saxlanılıb, rayon Rabitə İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə fiber-optik xətt çəkilib, Şıxmahmud kəndində istismar olunan fiber-optik kabeldə yaranmış nasazlıqlar aradan qaldırılıb.
Cari ilin yanvar-noyabr ayları ərzində rayon ərazisində 265 abonentə yenisabitşəbəkə telefon xətti çəkilib, bir çox abonent isə genişzolaqlıADSL(AsimmetrikRəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib,sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.