SON DƏQİQƏ

naxcivanxeberleri.com

“İdeyadan başlanğıca” layihəsi çərçivəsində stratap layihələrinin müsabiqəsi keçirilib

“İdeyadan başlanğıca” layihəsi çərçivəsində stratap layihələrinin müsabiqəsi keçirilib
4-12-2020, 18:17

 Naxçıvan Biznes Mərkəzində “İdeyadan başlanğıca” layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyinə təqdim olunan stratap layihələrinin müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasıİqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin potensiallarının üzə çıxarılması, onların təşəbbüslərinin stimullaşdırılması istiqamətində çox əhəmiyyətli rola malikdir.

Sərəncamda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən cari tədris ilində də ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, hamiliyə verilən ixtisaslar üzrə təhsil alan tələbələrin yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnməsi daim diqqət mərkəzində saxlanılıb, biznesin inkişaf etdirilməsinin təşviqi, sahibkarlıq təhsilinin artırılması və sahibkarlarla startapların əlaqələrinin gücləndirilməsi istiqamətində işləri görülüb, “İdeyadan başlanğıca” devizi ilə hami təşkilatlara hamiliyə verilən ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq qurulub. Görülən işlərin nəticəsidir ki, artıq hami təşkilatlarda təhsil alan tələbələr qabaqcıl tədqiqatlara əsaslanan biznes startaplarının yaradılması istiqamətində öz səylərini gücləndirib.

Qeyd olunub ki, Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş İcra Planına əsasən hamiliyə verilmiş ixtisaslarla işin təşkili, yeni layihələrin təhlili və qiymətləndirilməsi üçün Nazirliyin müvafiq əmri ilə yaradılmış ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəz fəaliyyət göstərir. Aparılan işlərin nəticəsi olaraq tələbələr tərəfindən Nazirliyə təqdim olunan 16 startap layihəsi ekspert qrupu tərəfindən təhlil olunub, iqtisadi səmərəliliyi araşdırılıb və məqsədəmüvafiq hesab olunan 9 layihə müsabiqəyə dəvət olunub.

Sonra İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin dekanı Zakir Məmmədovun çıxışları dinlənilib.

Daha sonra startapçılar müsabiqəyə qatıldıqları layihələrinin təqdimatını keçiriblər. Təqdimatlardan sonra ekspert qrupunun üzvləri tərəfindən ilk üç yerin qalibi müəyyənləşdirilib. Müsabiqədə I,II,III yerləri müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseynli Kamilin “Vita Block”,  Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi  Əsgərova Havvanın “Bookmate”,  “Naxçıvan” Universitetinin tələbəsi Hüseynova Leylanın “SSTime” layihələri layiq görülərək diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin  digər iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olunub.

 

 


 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031