14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
13:50 - AFFA-nın Konfransı qapalı olacaq
13:41 - Epizootik vəziyyətlə bağlı hansı zəruri qaydalara əməl olunmalıdır?
13:35 - Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
13:29 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
13:21 - Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər
13:11 - Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər
13:00 - Müəllim olmaq üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib
12:50 - Ermənistan baş nazirinin müavini Moskvada keçiriləcək üçtərəfli görüşdən danışıb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
"ASAN Xidmət" tamamilə yerli, Azərbaycan brendidir və bu konsepsiyasının hazırlanması, tətbiqi və təkmilləşməsində yalnız azərbaycanlı mütəxəssislər iştirak edir.
Bunu mətbuata Elektron Hökumətin İnkişafı Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, bu cür yanaşma elektron hökumətin qurulması məsələsində də tətbiq olunur. Yerli ekspertlər və mütəxəssislər cari layihələrin reallaşdırılması üzərində işləyir:
"Amma biz xarici təşkilatlarla birgə layihələrdə maraqlıyıq və birlikdə işləyirik. Belə ki, Rəqəmsal Hökumət proqramı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə reallaşdırılıb".
Bundan başqa, qurumdan bildiriblər ki, Almaniya Beynəlxalq Əməkdaşları Cəmiyyətinin sponsorluq dəstəyi ilə Gəncə, Masallı və Qubada "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq.
Bu layihə həmin regionlarda rəqəmsal savadlılığın qiymətləndirilməsinə, eləcə də zəruri xidmətlərin elektronlaşdırılmasına yönəlib.