SON DƏQQƏ

naxcivanxeberleri.com

Tələbələrə prioritet sahələr üzrə hazırlanan investisiya lahiyələri haqqında seminar keçirilib

Tələbələrə prioritet sahələr üzrə hazırlanan investisiya lahiyələri haqqında seminar keçirilib
27-11-2020, 22:30

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasıİqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarın əsas mövzusu muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, prioritet hesab olunan sahələr üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması olub.

         Tədbiri giriş sözü ilə açan fakültə dekanı Əşrəf Ələkbərov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm tövhədir.

Daha sonra seminarın əsas mövzusu üzrə İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov və nazirliyin Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova tələbələrə slayd materiallardan istifadə edərək ətraflı məlumat verib.

Seminarın sonunda mövzular üzrə tələbələrin sualları cavablandırılıb və geniş diskusiya aparılıb.


 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031