SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
27-11-2020, 21:10

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,76 faiz artaraq 84,056 milyon dollar təşkil edib.

Bu barədə mətbuata Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 0,45 faiz artıb və 8,607 milyon dollara bərabər olub.

Yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 5,921 milyard dollar təşkil edib.

Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,4 faizə bərabər olub.

Son 12 ay ərzində (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 7,71 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031