00:30 - Günün qoroskopu
23:45 - Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
22:57 - ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
22:21 - Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar - FOTO
22:10 - Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
20:47 - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
20:33 - Kainatın ən qədim planeti aşkar edilib
20:19 - Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
20:06 - İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
19:52 - BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
19:42 - Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
19:31 - Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
“Sony” müəssisələrini xaricə köçürməyi düşünür
Yaponiyanın “Sony” də daxil olmaqla bir sıra iri şirkətləri bərpa olunan enerji ilə bağlı mövcud qaydalar dəyişməsə, istehsalatı xarici ölkələrə köçürəcəklərini bildirib.
NAXCİVANXEBERLERİ.COM FT-yə istinadən xəbər verir ki, bu barədə inzibati islahatlar naziri Taro Kono bildirib:
“Onlar mənə Yaponiyada bərpa olunan enerji az və bahalı olduğu üçün əldə etməyinin çox müşkül məsələ olduğunu bildiriblər. Ona görə də bərpa olunan enerji ilə bağlı nəsə etməliyik, yoxsa ölkədən çıxıb getməli olacaqlar”.
Nazirlə görüşü zamanı “Sony”in icraçı direktoru Keniçiro Yoşida da ölkə şirkətlərinin karbon tullantılarını azaltmağa çalışarkən çətin vəziyyətə düşdüyünü, halbuki “Apple”, “Facebook” kimi böyük xarici texnologiya şirkətlərinin dünya boyu təchizatı bütövlükdə bərpa olunan enerjiyə keçirdiklərini diqqətə çatdırıb. Nazir T.Kono da bu sahədə bir çox xarici ölkələrdən geri qaldıqlarını etiraf edib.
Hökumətin hazırkı planında bərpa olunan enerji istifadəsini 2018-ci ildəki 17 faizdən 2030-cu ilədək 24 faizə çatdırmaq hədəfi qoyulub ki, həmin səviyyə Avropanın bir çox ölkələrində artıq əldə edilən səviyyədən də aşağıdır. Bütün istehsalatını 2040-cı ilədək ekoloji təmiz texnologiyalara keçirtmək niyyətində olan “Sony” şirkətinin hazırda Avropadakı bütün müəssisələri bərpa olunan enerji ilə çalışır, Çindəkilər gələn ilin mart ayınadək, Şimali Amerikadakılar isə 2030-cu ilədək həmin mənbələrə keçməlidir.