10:00 - Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
09:45 - Çilidəki zəlzələdən sonra Antarktikadan 160-dan çox insan təxliyə edilib
09:00 - Azərbaycan Kubokunda yeni mövsüm başlayır
00:30 - Günün qoroskopu
23:30 - Novruz çərşənbələrinin vaxtı açıqlandı
22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur
Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.
AZAL-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 4 dekabr 2020-ci il tarixdən etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.
Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.
Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti