SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb

Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb
18-03-2019, 19:50

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, görüşdə “LUKOIL” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKOİL” iştirakı yüksək qiymətləndirilib.

V.Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yuksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“LUKOİL” Şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və cənub Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.


Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb
Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb
Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31