22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
17:22 - Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
17:17 - Bağdad hava limanı raket atəşinə tutulub
17:05 - Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
16:56 - Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
16:21 - Milli mətbəximizin qədim yeməklərindən olan Qurut
16:15 - Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir - FƏRMAN
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycanda yeni növ sitrus bitkilərinin yetişdirilməsinə başlanılıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib. O bildirib ki, hazırda ölkədə fermerlər iki yeni sitrus meyvəsi yetişdirir: "Bunlar hollobonq və kinkan meyvə növləridir. Bu növlər Azərbaycana yeni gətirilib və yetişdirilməsinə başlanılıb. Həmin sitrus meyvələri sahibkarlar tərəfindən yetişdirilir. Artıq kinkan bitkisinin yetişdirilməsi Lənkəran şəhəri və Astara rayonlarında kütləviləşmək üzrədir. kinkan Koreyadan gətirilərək əkilib".
Şöbə müdiri bildirib ki, yeni sitrus bitkilərinin kütləviləşdirilməsi üçün tədbirlər görülür:
"Bunun üçün hazırda dövlət fermerlərə müxtəlif subsidiya mexanizmi ilə yeni bağların salınmasında dəstək verir. Bunlara suvarma, gübrə və yeni salınmış bağın hər ilinə görə nəzərdə tutulan subsidiyları misal göstərmək olar. Həmçinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu cənub bölgəsində bununla bağlı elmi araşdırmalar həyata keçirməkdədir ki, bu da fermerlərin işini asanlaşdırır".