SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neftin qiyməti artır

Neftin qiyməti artır
20-11-2020, 16:28

Dünya bazarlarında neftə tələbatın artacağına dair qənaətin bərqərar olması, habelə yeni koronavirus dərmanlarına dair xəbərlər neftin qiymətlərinə təkan verir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu gün günorta saatlarında keçirilən hərraclar zamanı “Brent” marklalı neftin yanvar fyuçersləri 0,48 faiz bahalaşaraq 44,41 ABŞ dollarına, WTI markalı neftin isə 0,26 faiz bahalaşaraq 42,01 ABŞ dollarına satılıb.

Bu həftə ərzində “Moderna”, “BioNTech”, “Pfizer” şirkətlərinin təqdim etdiyi yeni koronavirus dərmanlarının 95 faizədək səmərəli keçən sınaqlarına dair xəbərlər neftin qiymətlərinə müsbət təkan verib. “İHS Markets”in eksperti Viktor Şum “Bloomberg”ə bildirib ki, peyvəndlə bağlı xəbərlər də 2021-ci il ərzində neftə tələbatın artacağına dair qənaətimizi təsdiqləyib.

Bununla belə hazırkı nikbinlik ovqatına baxmayaraq, pandemiya ilə bağlı epidemioloji vəziyyətin kəskinləşməsi üzündən ABŞ və Avropa ölkələrində yeni karantin tədbirlərinin tətbiqi nəticəsində ümumi vəziyyətin qarışıq olduğu da qeyd olunub.

“Nə vaxtsa vəziyyətin yaxşılaşacağına ümid var, amma yaxın gələcək qaranlıq görünür. Avropada və Şimali Amerikada COVID-19-a yoluxma səviyyəsi narahatlıq doğurur”, - ekspert qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031