SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan xam neft ixracını 58% artırıb

Azərbaycan xam neft ixracını 58% artırıb
15-03-2019, 10:44

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 781,785 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 2 603,955 mln. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin müvafiq dövründən 58%, dəyəri isə 42,5% çoxdur.

Bu məhsullar iki ayda Azərbaycanın ümumi ixracında 82,61% pay tutub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 359
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031