SON DƏQİQƏ

naxcivanxeberleri.com

Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib
14-03-2019, 14:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.

Görüş zamanı “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri müzakirə edilib. Həmçinin informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması mexanizmlərinə dair müzakirələr aparılıb.

Görüş Estoniyada və ayrı-ayrı Avropa ölkələrində təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması, peşə standartlarına əsaslanan kurikulumların hazırlanması üzrə mövcud təcrübəyə dair fikir mübadiləsi ilə davam edib.


Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib
Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib
Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 217
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031