SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gömrük orqanlarında xidmətə qəbul imtahanı keçirilib

Gömrük orqanlarında xidmətə qəbul imtahanı keçirilib
14-12-2018, 14:28

Dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların gömrük orqanlarında xidmətə qəbulu ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

İsmayıl Hüseynov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının reallaşmasında Dövlət Gömrük Komitəsi də mühüm rol oynayır. Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İsmayıl Hüseynov nəticədə vakant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vakant yerlərı üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədəuyğun hesab olunub.

Bundan öncə xidmətə qəbulla bağlı keçirilən birinci müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdıran İsmayıl Hüseynov bu dəfə də layiqli namizədlərin müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.

Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.

Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.(Trend)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930