SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bitkoin bahalaşır

Bitkoin bahalaşır
21-10-2020, 15:41

Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün Bakı vaxtı ilə saat 10:20-də orta hesabla 4,52 faiz bahalaşaraq 12 268 ABŞ dollarından satılıb.

NAXCİVANXEBERLERİ.COM “CoinMarketCap”a istinadən xəbər verir ki, bu nəticələr 20-dən artıq birjada keçirilən hərracların orta göstəricisidir.

Ən böyük kriptovalyuta birjası olan “Binance”də isə bitkoin 3,98 faiz bahalaşaraq 12 259 ABŞ dollarından satılıb.

Müstəqil ekspert Mansur Hüseynov “RİA Novosti”yə bildirib ki, başqa kriptovalyutalar ucuzlaşmağa gedərkən bitkoin avqust ayındakı maksimum həddə yaxınlaşır: “Bu meylin dayanıqlı olması üçün qiymətlər mövcud səviyyədə sabitləşməlidir. Sonrakı hədəf 13 700 ABŞ dolları səviyyəsidir”.

Ekspertlərin qənaətincə, bitkoin gün ərzində 12 893 ABŞ dollarınadək bahalaşaraq qarşıdakı günlərdə də yüksəlməyə davam etməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031