SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mərkəzi Bank və “Rotshshild&Cie” Bankı 3 strateji istiqamət üzrə əməkdaşlıq edəcəklər

Mərkəzi Bank və “Rotshshild&Cie” Bankı 3 strateji istiqamət üzrə əməkdaşlıq edəcəklər
12-03-2019, 20:11

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində Mərkəzi Bank ilə “Rotshshild&Cie” Bankı arasında əməkdaşlıq razılaşması əldə olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Məlumata görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya rəsmi səfəri çərçivəsində “Rotshshild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşü zamanı əldə olunmuş razılaşmaya əsasən beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malik olan “Rotshshild&Cie” Bankı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında məsləhət xidmətlərinin göstərilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild Strateji Əməkdaşlıq Müqaviləsi imzalayıblar.

İmzalanmış müqaviləyə əsasən 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaqdır.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930