SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qazprombank" və SOCAR 700 milyon dollar dəyərində yeni layihə hazırlayır

12-03-2019, 11:26

Rusiya "Qazprombank"ı və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 700 milyon dollar dəyərində birgə layihənin həyata keçirilməsini planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Famil Sadıqov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı bildirib.

"Uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətləri sayəsində "Qazprombank" ilə Azərbaycandan olan tərəfdaşları arasında uzunmüddətli əməkdaşlıq mövcuddur", - F.Sadıqov deyib.

Onun sözlərinə görə, "Qazprombank"ın Azərbaycandakı əsas tərəfdaşı SOCAR-dır. Sədr müavini əməkdaşlıq nümunəsi kimi, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən "SOCAR Polymer" zavodunun maliyyələşdirilməsini göstərib.

Qeyd edək ki, "SOCAR Polymer" zavodun tikinti layihəsini həyata keçirmək üçün "Qazprombank"dan 10 il müddətinə 489 milyon dollar həcmində kredit götürüb. "SOCAR Polymer" zavodunun tikintisinin maliyyələşdirilməsi barədə "SOCAR Polymer" və "Qazprombank" arasında müqavilə 2015-ci il iyunun 19-da imzalanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031