SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət proqramının icrası diqqətdə saxlanılır

Dövlət proqramının icrası diqqətdə saxlanılır
16-10-2020, 18:13

Muxtar respublikada rəqəmsal ödənişlərin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində ardıcıl qəbul edilən dövlət proqramlarının icrası diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 09 avqust tarixli Sərəncamına uyğun olaraq “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası 2020-ci ilin üçüncü rübündə də davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd olunan dövdə POS-terminalların quraşdırılması vacib olan obyektlərdə  64 ədəd yeni aparat quraşdırılmaqla onların sayı 1374-ə, bankomat aparatlarının sayı isə 113-ə çatdırılıb. POS-terminal, internet və digər ödəniş vasitələri də daxil olmaqla həyata keçirilən nağdsız əməliyyatların həcmi 23 milyon 963 min 295 manat ,o cümlədən POS-terminallar vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi 8 milyon 139 min 971 manat təşkil edib.

Cari ilin 3-cü rübündə özəl sektorda 126 vergi ödəyicisi üzrə 373 işçinin əmək haqqının ödəniş kartları ilə ödənilməsi təmin olunub, publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallarla qəbulunu təmin etmək məqsədilə daha 11 müəssisədə 14 yeni POS-terminal aparatları quraşdırılıb.

Muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdikləri sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kom­munal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsi üçün məlumatlandırıcı görüşlər keçirilib, 102 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kart vasitəsilə, 135 vergi ödəyicisi tərəfindən isə şəxsi kartları ( şəxsi istifadə, birkart, təqaüd və s. kartlar) vasitəsilə vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031