SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir
12-03-2019, 10:15

Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Rusiyanın “Qazprombank” SC-nin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-forum işə başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

Nazir Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, iki ölkənin Hökumətlərarası Komissiyanın iclaslarının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. ABŞ dolları, Azərbaycna isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya yatırıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 mlrd. dollara çatıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031