SON DƏQİQƏ

naxcivanxeberleri.com

Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib

Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib
9-03-2019, 23:00

Azərbaycan Turizm Bürosu Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun 7 gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Məlumata görə, konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən 7 müxtəlif yoldan bəhs olunub. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda 21-ci əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd edilib.

Sərgi çərçivəsində İpək Yolu ölkələrinin tur operatorlarının 8-ci görüşündə isə qədim İpək Yolu boyunca şərab marşrutu təqdim olunub. Təqdimatda azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən 6 əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turizm səyahət paketləri təqdim olunub.

"Azərbaycan Turizm Bürosu sərgi ərzində təşkil edilən Berlin Səyahət Festivalında da təmsil olunub. Festival yeni turizm destinasiyalarını təbliğ etməklə turistlərə yeni səyahət metodlarını təqdim edir. Ənənəvi sərgi konsepsiyasından fərqli olaraq burada yalnız səyahət deyil, həmçinin dizayn və innovasiya yönümlü istiqamətlər birləşir. Martın 10-dək davam edəcək tədbirdə Azərbaycan xalçaçılıq məmulatları, sənətkarlıq və şərabçılıq nümunələri, quru meyvələr və digər milli turizm məhsulları, həmçinin elektron məlumat lövhələrində nümayiş etdirilən videolar çarxlar çoxsaylı ziyarətçilərin diqqət mərkəzindədir", - deyə məlumatda vurğulanıb.


Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib
Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib
Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib
Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib
Almaniyada Azərbaycanın iki yeni turizm məhsulu təqdim edilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930