SON DƏQQƏ

naxcivanxeberleri.com

Nüsnüs kəndində infrastruktur yenilənir-FOTO

Nüsnüs kəndində infrastruktur yenilənir-FOTO
28-09-2020, 20:05

Bu ilin mart ayından başlayaraq Ordubad rayonunun Nüsnüs kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Belə ki, hazırda adıçəkilən yaşayış məntəqəsində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Bundan başqa, kəndi rayon mərkəzi ilə əlaqələndirən yol və üzərindəki körpülər də yenidən inşa olunur.

Təhsilin səviyyəsini yüksəltmək məqsədilə kənddə əsaslı surətdə yenidən qurulan məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaqdır. 414 şagird yerlik məktəb binasının və üçmərtəbəli kənd və birmərtəbəli xidmət mərkəzlərinin tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.

Tikintidə yerli inşaat materiallarından istifadəyə üstünlük verilib. Onu da vurğulayaq ki, əsaslı surətdə yenidən qurulan məktəb binasında geniş və işıqlı 23 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 elektron lövhəli sinif, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, yenidən inşa olunan idman zalı, açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə veriləcək, binada müasir istilik sistemi quraşdırılacaq.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk partiya təşkilatı, ATS, poçt, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi və həkim ambulatoriyası üçün müasir şərait yaradılacaq.
Xidmət mərkəzinin tikintisində də işlər sürətlə davam ­etdirilir.

Abbas SEYİD

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031