SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət proqramlarının uğurla həyata keçirilməsi meyvəçiliyə olan marağı ilbəil artırır

Dövlət proqramlarının uğurla həyata keçirilməsi meyvəçiliyə olan marağı ilbəil artırır
20-09-2020, 19:48

Мuxtar Respublikamızda qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının meyvəçilik sektoru da böyük inkişaf yolu keçməklə ərzaq təhlükəsizliyinə və əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermişdir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı, meyvəçiliyin inkişafı məqsədilə imzalanan Sərəncamların, qəbul edilən proqram və layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişafı Proqramı (2005- 2008-ci illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Res - pub likasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” nın icrası nəticəsində kənd təsərrüfatının meyvəçilik sahəsində də yüksək göstəricilərə nail olunmuşdur. Qeyd edilən proqramların icrası zamanı muxtar respublikanın digər bölgələrində olduğu kimi, rayonumuzda da müxtəlif meyvə sortlarının yetişdirilməsinə, ərzaq təhlükəsizliyi baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensiv tipli meyvə bağlarının salınmasına nail olunmuşdur. Rayonumuzun bir çox təsərrüfatçıları dövlət proqram və layihələrinin uğurla həyata keçirilməsindən stimul alaraq bu il də meyvə bağları salmağa və ya onların sahəsini artırmağa nail olmuşlar. Cari ilin birinci yarısında rayon zəhmətkeşlərindən Gülüstan kəndində Rəcəb Fərəcov 1 hektar sahədə 600 ərik, Rəmzi Musayev 0,55 hektar sahədə 200 ərik, Bəhruz İsmayılov 0,2 hektar sahədə 100 müxtəlif tinglə bağ salmışlar. Həmçinin Dizə kəndində Nizaməddin Süleymanov 0,6 hektar sahədə 700 üzüm və 0,1 hektarda 180 meyvə, Xanəgah kəndində Zöhrab Abbasov 0,1 hektar sahədə 130, Mirzalı Novruzov 0,4 hektarda 350, Qazançı kəndində Nurəddin Xıdırov 0,18 hektar sahədə 70 müxtəlif ting lər əkməklə yeni meyvə bağlarının əsasını qoymuşlar. Gənc yaşlarından torpağa qırılmaz tellərlə bağlanan və çörəyini torpaqdan çıxaran zəhmətkeşlərimizdən biri də Heydər Ağayevdir. O, qeyd edir ki, muxtar respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi, aqrar sahənin meyvəçilik sektorunda da sahibkarlar üçün münbit şərait yaradılmışdır. Heydər Ağayev də göstərilən bu qayğıdan yararlanaraq cari il təsərrüfatını genişləndirmək məqsədilə güzəştli şərtlərlə kredit götürmüş və Gülüstan kəndində 6 hektar sahədə əkin işləri aparmışdır. O, həmin sahənin 1 hektarında qarışıq meyvə bağı salmış, 3 hektarında taxıl, 1 hektarında kartof, 1 hektarında isə çoxillik ot əkmişdir. Saldığı meyvə bağında damcı suvarma sistemindən istifadə edən təsərrüfatçıya onun əhəmiyyəti barədə sual ünvanladıqda bildirir ki, müasir şəraitdə, bağçılıq və tərəvəzçiliyin inkişafı suvarma olmadan mümkün deyil. Bu üsul dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur. Damcı ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma, o cümlədən suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur və nəticədə məhsuldarlıq yüksək olur. Digər tərəfdən, damcı üsulu ilə suvarma sistemində suvarma suyuna 2-5, elektrik enerjisinə 1,5-2,5 dəfə, həmçinin gübrələrin suvarma suyu ilə lokal şəkildə verilməsi baxımından 20-50 faiz gübrəyə qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, onun istehsalı da 25-50 faiz artır. Məhsuldarlığın yüksək olmasını şərtləndirən amillərdən biri də zərərvericilərə qarşı vaxtında və düzgün mübarizə olduğunu deyən zəhmətkeş ailə təsərrüfatçısı bağının hazırda ideal vəziyyətdə olduğunu bildirir və iki il sonra ilk məhsul tədarükünə başlamağı planlaşdırır. Muxtar respublikada bütün sahələrə göstərilən qayğı xüsusilə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası təsərrüfatçılara böyük imkanlar yaradır. Mahmud Nağıyev də bu imkanlardan yararlanaraq bu il meyvəçiliyin inkişafı ilə bağlı güzəştli şərtlərlə kredit götürərək yaşadığı Milax kəndində 1 hektar sahədə qarışıq meyvə bağı salmışdır. O, meyvəçiliyin uzunmüddətli və bol gəlirli təsərrüfat sahələrindən biri olduğunu söyləyir. Vurğulayır ki, dövlətimizin sahibkarlara göstərdiyi hər cür dəstək onu bu işə başlamağa ruhlandırmışdır. Bunun qarşılığında o da gələcəkdə meyvə bağının sahəsini genişləndirməklə muxtar respublikamızın ərzaq təhlükəsizliyinə daha çox töhfə verə - cəyini qarşısına məqsəd qoyub.

Həsən MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031