SON DƏQQƏ

naxcivanxeberleri.com

OPEC+ ölkələri avqustda sazişi 101%, qeyri-OPEC ölkələri isə 99% yerinə yetirib

OPEC+ ölkələri avqustda sazişi 101%, qeyri-OPEC ölkələri isə 99% yerinə yetirib
16-09-2020, 16:38

OPEC+ ölkələri avqust ayında sazişə əsasən, neft hasilatını gündəlik 7,777 milyon barel azaldıb ki, bu da öhdəlikləri 1% üstələyib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bunu OPEC+ Texniki Komitəsinin bugünkü iclas üçün hazırlanmış ilkin hesabatından görmək olar.

Sənədə əsasən, İran, Liviya və Venesuela istisna olmaqla, OPEC ölkələri avqustda neft hasilatını 4,96 milyon barel/gün azaldaraq 21,7 milyon barel/gün səviyyəsinə endirib. Bu isə sazişə 102% əməl etmək deməkdir. Qeyri-OPEC ölkələri isə sazişi 99% yerinə yetirərək gündəlik neft hasilatını 4,55 milyon barel azaldaraq 12,62 milyon barel/gün səviyyəsinə endirib.

Eyni zamanda razılaşma tərəfləri may-iyul aylarında icazə verilən həddən artıq hasilat üçün kompensasiya öhdəliklərini yerinə yetirməyiblər. Əvvəlki aylarda neft hasilatını yetərincə azaltmış ölkələrin avqust-sentyabr aylarında 2,3 milyon barel/gün geriliyi tam kompensasiya etməsi lazım idi. Başqa sözlə, bu iki ayda OPEC+ ölkələri hasilatı ümumilikdə 8,85 milyon barel/gün azaltmalı idi. Ancaq avqust ayında nəticə gözləniləndən 1 milyon barel/gün az olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930