SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda günəş enerjisinin istehsalı artıb

Azərbaycanda günəş enerjisinin istehsalı  artıb
16-09-2020, 13:41

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  1 320,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,7% azalaraq 211,8 milyon manat təşkil edib.

Ötən 8 ay ərzində Azərbaycanda 17 207,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 5,1% çoxdur.

Bunun 828,7 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 29,8% azdır.

Bunun 1736,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin səkkiz ayının göstəriciləri ilə müqayisədə 8,5% çoxdur.

Hesabat dövründə Azərbaycanda 68,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin səkkiz ayının göstəriciləri ilə müqayisədə 12% azdır.

Yanvar-avqust aylarında ölkədə 32,2 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 8,1% çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930