SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda enerji təhlükəsizliyi təmin edilib

Naxçıvanda enerji təhlükəsizliyi təmin edilib
6-03-2019, 09:30

Enerji təchizatı hər bir ölkənin, cəmiyyətin sosial-iqtisadi inkişafına və tərəqqisinə təsir göstərən mühüm amillərdəndir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu sahənin inkişafı istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər də yaxın dövrə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji əldə olunmasına hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Pro - qramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə həyata keçirilən tədbirlər bütün sahələrlə yanaşı, energetika sektorunun inkişafına da geniş imkanlar yaradıb. Muxtar respublikanın enerji təchizatını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.
2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramının icrası ilə əlaqədar 3 elektrik stansiyası tikilib, 622,7 kilometr elektrik xətləri çəkilib və əsaslı təmir olunub. 784 transformator və 181 yarımstansiya quraşdırılıb və ya əsaslı təmir edilib. Əgər əvvəllər muxtar respublikada ümumi gücü 22 meqavat olan 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin sonuna bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb.

Yeni yaradılan güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirib. 2018-ci ildə muxtar respublikada 425 milyon 941 min 325 kilovatsaat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ildəki göstəricidən 96,1 faiz çoxdur.

2018-ci ildə muxtar respublikada elektrik enerjisinin 240 milyon 631 min 325 kilovat-saatı və ya 56,5 faizi istilik elektrik stansiyalarında, 151 milyon 380 min kilovat-saatı və ya 35,5 faizisu elektrik stansiyalarında, 33 milyon 930 min kilovat-saatı və ya 8 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilib.

Alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 43,5 faizini təşkil edib. 2018-ci ildə ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,5 faizi muxtar respublikada istehsal olunub. Muxtar respublikanın enerji sistemini daha da müasirləşdirmək və ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə 2019-cu ilin fevral ayında Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib, hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829