SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib

Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13-12-2018, 19:47

Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq saat 8:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 meqavat gücündə elektrik enerjisi ilə təmin edib.

“Azərenerji” ASC-dən bildirilib ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” çərçivəsində həyata keçirilib.

Bu ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə üzrə hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovat-saat, Azərbaycandan Rusiyaya ixrac isə 32,4 milyon kilovat-saat təşkil edib.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031