SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan İtaliyaya alüminium ixrac edəcək

Azərbaycan İtaliyaya alüminium ixrac edəcək
3-03-2019, 21:33

Bu il Gəncə Alüminium zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək.

Mənbənin verdiyi məlumata əsasən, hazırda zavodun məhsulları demək olar ki, tamamilə ixraca yönəlib.

Mənbə qeyd edib: "Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcəkdir. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır".

Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub.(Trend)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930