SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb

Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb
18-08-2020, 13:39

Türkmənistanda istehsal olunan propileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, "ADY Konteyner"dən verilən məlumata görə, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru Azərbaycanın “ADY Konteyner”, Gürcüstanın GR Logistics və Türkiyənin Pasifik Eurasia Lojistik şirkətləridir.

40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru “Azərbaycan Dəmir Yolları “ QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.

Bu, Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla 40 konteynerdən ibarət olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31