SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan metanol istehsalını 26% artırıb

Azərbaycan metanol istehsalını 26% artırıb
15-08-2020, 16:02

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 285,8 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yeddi ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 26% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930