SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan avtomobil idxalını 21% artırıb

Azərbaycan avtomobil idxalını 21% artırıb
14-08-2020, 14:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 27 792 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 818 ədəd və ya 21% çoxdur.

Son 7 ayda sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 38 ədəd və ya 27,3% azalaraq 101 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 5 199 ədəd və ya 25% artaraq 25 999 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 328 ədəd və ya 16,9% azalaraq 1 615ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 ədəd və ya 16,3% aazalaraq 77 ədəd olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031