SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
14-08-2020, 12:37

Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsi vətəndaşların xeyirinə qərar qəbul etmişdi.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031