SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlandı

Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlandı
13-08-2020, 13:00

Bu il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı və yaxud 97,6%-i biçilərək məhsulu yığılıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sahələrdən 2 mln 903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30,7sentnerə bərabər olub. Məhsulun 1 mln 860,2 min tonunu və yaxud 64,1%-ni buğda, 1mln 018,7 min tonunu (35,1%-ni) arpa, 24,7 min tonunu (0,8%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90%-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1), Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128 min ton), Neftçala (123,8 min ton), Füzuli (118 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118 min ton) müşahidə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930