SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR "Petrofac" ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

SOCAR "Petrofac" ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb
7-08-2020, 10:19

SOCAR-ın törəmə şirkəti olan SOCAR Midstream Operations Limited və Petrofac şirkətinin mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalayıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, şirkətdən verilən məlumata görə, SOCAR Cənubi Qafqaz Boru kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur. Bu çərçivədə görüləcək işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi, keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş rutin dəstək verilməsi aiddir.

Cənubi Qafqaz Boru Kəməri “Sahdəniz” yatağında hasil olunan təbii qazın Azərbaycandan Gürcüstana və Türkiyəyə ixrac edilməsi məqsədilə inşa olunmuşdur. Bakı yaxınlığında Səngaçal terminalından başlayan kəmər Azərbaycandan Gürcüstan və Türkiyəyə xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin marşrutu ilə davam edərək, Türkiyədə qaz paylayıcı sistemə qoşulur.

Cənubi Qafqaz Boru Kəməri Şirkəti kəmərin tikintisi və aparılan əməliyyatlar üçün məsuliyyət daşıyır. Şirkətin səhmdarları: BP (28.8%), TPAO (19.0%), Azərbaycan/SOCAR (16.7%), PETRONAS (15.5%), LUKOIL (10.0%) və NICO (10.0%) şirkətləridir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031