SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb

Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb
13-12-2018, 15:14

Azərbaycanın 6 xarici ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb.

Dövlət Turizm Agentliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə, müqaviləyə əsasən, “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər Azərbaycanın xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031